Team Liquid – Çempion: LTA Cross-Conference 2025 ABŞ-da LOL-da Qələbə!

by Nigar Məmmədova
0 comments

Team Liquid, League of Legends üzrə LTA Cross-Conference 2025 turnirində möhtəşəm qələbə qazanaraq Amerika regionunu First Stand 2025 turnirində təmsil edəcək. Turnir Braziliyanın San-Paulu şəhərində keçirilib və yüksək səviyyəli (Tier-1) komandalardan ibarət olub.

Möhtəşəm Final Performansı

Finalda Team Liquid, 100Thieves komandasını 3:0 hesabı ilə asanlıqla məğlub edib. Bu qələbə TL-yə yalnız LTA kubokunu deyil, həm də First Stand 2025-də iştirak etmək üçün slotu təmin edib.

MVP (Ən Dəyərli Oyunçu) adına isə Şon “Yeon” Sanq layiq görülüb. Onun komandası üçün göstərdiyi performans qələbənin əsas səbəblərindən biri olub.

Pley-off Sıralaması və Maraqlı Faktlar

  • Team Liquid qələbə ilə LTA kubokunu qazandı və First Stand 2025-ə vəsiqə əldə etdi.
  • 100Thieves, finalda məğlub olsa da, turnir boyunca güclü performans göstərib.
  • Flyquest, LOL üzrə 2024 Dünya Çempionatının dörddəbir finalçısı olmasına baxmayaraq, bu turnirdə uğursuz çıxış etdi. Onlar yarımfinalda 100Thieves2:1 hesabı ilə uduzaraq mübarizəni dayandırdılar.

Növbəti Addım: First Stand 2025

First Stand 2025 turniri 10-16 mart tarixlərində keçiriləcək. Turnirdə iştirak edəcək komandaların əksəriyyəti artıq bəllidir, lakin AvropaÇin regionlarından gələcək iki iştirakçı hələ dəqiqləşməyib.

Bu turnir dünya səviyyəsində ən güclü LOL komandalarını bir araya gətirəcək və maraqlı qarşılaşmaların şahidi olacağıq.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın