Team Liquid kiberidman təşkilatı növbəti dəfə əməkdaşlarının sayını azaldıb. Bu, klubun son yeddi ay ərzində həyata keçirdiyi ikinci irimiqyaslı kadr islahatıdır.
“X” və “LinkedIn” platformalarındakı paylaşımlara əsasən, ən azı beş əməkdaşın işinə son verildiyi məlum olub. Bu dəfəki ixtisarlar əsasən yaradıcı koordinator və marketinq əməliyyatları üzrə menecer mövqelərini əhatə edib.
Qeyd edək ki, təşkilatda bundan əvvəlki ixtisar dalğası 2025-ci ilin sentyabr ayında baş vermişdi. Həmin vaxt 300-dən çox işçisi olan klubun ümumi ştatının təxminən 6%-i ixtisara düşmüşdü. Bu ardıcıl addımlar klubun iqtisadi modelində müəyyən optimallaşdırma aparıldığından xəbər verir.