35
Team Vitality, CS2 üzrə IEM Katowice 2025 turnirinin finalında Team Spirit-i məğlub edərək ilk dəfə çempion oldu.
Matç 3:0 hesabı ilə başa çatdı: Dust 2 (13:6), Nuke (13:5) və Mirage (13:10). Turnirin ən yaxşı oyunçusu isə 1,69 fərdi reytinqlə Team Vitality-nin ulduzu Mathieu “ZywOo” Herbaut seçildi.
Bu qələbə sayəsində Team Vitality çempion titulu, turnirin kuboku və 400 min dollar mükafat qazandı. Team Spirit isə finalda məğlub olaraq 180 min dollar mükafatla kifayətləndi və ardıcıl ikinci çempionluq şansını əldən verdi.