The MongolZ BLAST Rivals 2025 Season 2 turnirini tərk etdi

by Nigar Məmmədova
0 comments

Team Spirit, BLAST Rivals 2025 Season 2 turnirinin A qrupunun aşağı setkası üzrə matçında The MongolZ komandasını 2:0 hesabı ilə məğlub edib.

İlk xəritə Dust2-də Team Spirit rəqibini asanlıqla üstələyərək 13:6 hesabı ilə qalib gəldi. Ancient xəritəsində monqoliyalı oyunçular müqavimət göstərməyə çalışsalar da, rusiyalı kollektiv yenə üstün gəldi və xəritəni 13:10 hesabı ilə bağladı.

Bu nəticə ilə Team Spirit turnirin pley-off mərhələsinə yüksəlib, The MongolZ isə 7–8-ci yerləri bölüşərək turnirdən kənar qalıb və 10 000 ABŞ dolları mükafat qazanıb.

BLAST Rivals 2025 Season 2 turniri 12–16 noyabr tarixlərində Çinin Honkonq şəhərində keçirilir. Yarışda ümumilikdə 8 komanda iştirak edir, ümumi mükafat fondu isə 350 000 ABŞ dolları təşkil edir.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın