The Mongolz CS2 üçün akademiya komandası yaratdı – yeni nəsil artıq oyunda

by Nigar Məmmədova
0 comments

Monqolustanın aparıcı kibersport təşkilatlarından biri olan The Mongolz, Counter-Strike 2 üzrə akademiya heyətini təqdim edib. Klub bu barədə rəsmi sosial şəbəkə hesablarında məlumat yayıb.

Yeni istedadlar – gələcəyin ümidləri

Akademik komandanın heyətində 15–17 yaşlarında olan beş gənc oyunçu yer alıb. Əsas diqqət çəkən adlar:

  • İtgel “HAKAIII8” Tsogtbayar – 15 yaşlı rifler, komandadakı texniki bacarıqları ilə fərqlənir
  • Sanchirbileg “CXIX” Ulziibadrakh – 17 yaşlı kapitan, taktiki düşüncə və liderlik qabiliyyəti ilə seçilir
  • Zolbayar “t!kuak” Chimedsuren – 16 yaşlı snayper, kəskin reaksiya və sabit oyun tərzi ilə tanınır

Komandaya monqol məşqçi rəhbərlik edəcək – onun adı hələ açıqlanmayıb.

FaZe Clan da oxşar addım atır

Məşhur insayder Vladislav “harumi” Radvilovichin verdiyi məlumata görə, dünya səviyyəli təşkilatlardan FaZe Clan da akademik heyət formalaşdırmaq niyyətindədir. Bu, gənc istedadların peşəkar səviyyəyə keçidini asanlaşdırmaq üçün atılan mühüm addım kimi qiymətləndirilir.

Qeyd edək ki, əsas heyətlə yanaşı, The Mongolz son dövrlərdə 1xBet sponsorluğu ilə böyük uğurlar əldə edir. Komanda BLAST.tv Austin Major turnirində ikinci yeri tutmaqla adından söz etdirmişdi.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın