TSM VALORANT peşəkar səhnəsini tərk etdi

by Nigar Məmmədova
0 comments

Şimali Amerika kiberidman təşkilatı TSM rəsmi olaraq VALORANT peşəkar səhnəsindən çıxdığını elan edib. Klub bu barədə bəyanatını sosial şəbəkə hesablarında paylaşıb.

Açıqlamada təşkilat Riot Games, keçmiş oyunçular və azarkeşlərə təşəkkürünü bildirib. Eyni zamanda, yaxın gələcəkdə VALORANT intizamına qayıtmaq planlarının olmadığını vurğulayıb.

TSM-in VALORANT tarixçəsi 2020-ci ilin may ayında başlayıb. Komanda bu müddət ərzində 248 min ABŞ dollarından çox mükafat qazanıb və bir sıra uğurlara imza atıb:

  • VCT 2021: North America Stage 3 Challengers 2 çempionu
  • VALORANT Challengers 2025 North America: Stage 3 qalibi

Komandanın son çıxışı VCT Ascension Americas 2025 turnirində olub — TSM qran-pri finalında məğlub olaraq VCT Americas 2026-ya vəsiqə qazana bilməyib.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın