Twitch Rivals PUBG Turniri elan edildi – 80 oyunçu mübarizə aparacaq

by Nigar Məmmədova
0 comments

PUBG: BATTLEGROUNDS oyununun inkişaf etdiriciləri, oyunun səkkizinci ildönümünü qeyd etmək məqsədilə Twitch Rivals seriyasından yeni bir turnirin keçiriləcəyini elan etdilər.

Turnirin formatı və iştirakçılar

Turnirdə ümumilikdə 80 oyunçu iştirak edəcək. Onların arasında tanınmış strimerlər və peşəkar oyunçular yer alır:

  • TGLTN
  • Forsen
  • LittleBigWhale
  • Tecnosh
  • ObiWannCoyote və başqaları.

Komandalar beş fərqli xəritədə yarışacaq və hər bir oyunçu bacarıqlarını sübut etməyə çalışacaq.

Mükafat fondu və yayım detallar

Turnirin ümumi mükafat fondu 100 min ABŞ dolları təşkil edir.

  • Başlanğıc tarixi: 25 mart
  • Vaxt: 23:00 (Bakı vaxtı)
  • İzləmə imkanı: Rəsmi Twitch yayımı vasitəsilə

İzləyicilər üçün hədiyyələr

Twitch Rivals PUBG turnirini izləyənlər xüsusi oyun içi mükafatlar əldə edə bilərlər. Aşağıdakı cədvəldə izləmə vaxtına görə verilən mükafatlar göstərilib.

İzləmə müddətiMükafat
30 dəqiqəXüsusi PUBG sprey
1 saatYeni xarakter geyimi
2 saatSilah skin-i
3 saat və daha çoxPUBG xüsusi qutusu

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın