“Ubisoft” şirkəti növbəti maliyyə hesabatını dərc edib. Baş icraçı direktor İv Giymon naşirliyin genişmiqyaslı daxili yenidənqurma prosesindən keçdiyini qeyd edərək ötən ili “çətin dövr” kimi xarakterizə edib.
Şirkətin ən mühüm strateji istiqamətlərinden biri 2025-ci ildə təqdim edilən və eksperimental süni intellekt (Şİ) tərəfdaşlıq sistemi olan Teammates layihəsidir. Naşir bu texnologiyanın inkişafına aktiv şəkildə investisiya qoymağa və oyun istehsalına süni intellekt alətlərini inteqrasiya etməyə davam etdiyini bildirib.
Hesabatda “Ubisoft” 2029-cu ilin mart ayına qədər “Assassin’s Creed”, “Far Cry” və “Ghost Recon” seriyalarından yeni oyunlar buraxmağı planlaşdırdığını rəsmən təsdiqləyib. Şirkət məhz bu franşizalar sayəsində 2027-ci maliyyə ilindən etibarən “güclü yüksəliş” gözləyir.
Uğurlu layihələr və mobil oyunlar
Son rübdə uğur qazanan layihələr arasında Rainbow Six Siege, The Division 2, Avatar: Frontiers of Pandora, The Crew Motorfest və For Honor xüsusi qeyd edilib. Şirkət həmçinin bildirib ki, mobil platformalar üçün çıxan Rainbow Six Mobile və The Division Resurgence oyunları bazara “yavaş” start versə də, “Ubisoft” onlara dəstəyi dayandırmaq niyyətində deyil.
Bundan əlavə, Heroes of Might and Magic: Olden Era oyununun uğurlu startı vurğulanıb. Yaxın gələcəyin ən böyük relizlərindən biri isə 9 iyul tarixində çıxışı planlaşdırılan Assassin’s Creed IV: Black Flag Resynced olacaq.
Generativ Şİ və NPC texnologiyaları
Hesabatda ən çox diqqət çəkən məqam isə “generativ süni intellektə əsaslanan ilk oyun təcrübəsi” barədə qeydlər olub:
“Ubisoft, oyunçuların qarşılıqlı əlaqəsini daha maraqlı etmək üçün özünün ilk generativ Şİ təcrübəsi olan ‘Teammates’ layihəsinə yatırımları sürətləndirir. Komandalarımız müasir oyun yaradılmasının artan mürəkkəbliyi ilə mübarizə aparmaq üçün süni intellektin tətbiqində nəzərəçarpacaq irəliləyişlər əldə edirlər.”
Həmçinin qeyd olunub ki, süni intellekt artıq “daha ağıllı NPC-lərin (qeyri-oyunçu personajları), adaptiv oyun dünyalarının və keyfiyyətə nəzarət (QA) komandalarını dəstəkləyən intellektual botların” yaradılmasında istifadə olunur.
“Splinter Cell”in geri dönüşü barədə hələlik heç bir yeni xəbər olmasa da, “Ubisoft” yeni “Assassin’s Creed”, “Far Cry” oarsə “Ghost Recon” oyunlarının fanatları tamamilə məmnun edəcəyinə inanır.