10
Riot Games tərəfindən təqdim ediləcək 10.08 nömrəli VALORANT yeniləməsi bir sıra mühüm dəyişikliklər və yeniliklər gətirəcək. Astra, Brimstone və Yoru agentləri balans dəyişikliklərinə məruz qalacaq, əlavə olaraq oyunçular artıq dostlarına dükandan hədiyyə göndərə biləcəklər.
Agent dəyişiklikləri
- Yoru
- Ulti müddəti: 12 saniyədən 10 saniyəyə endirilib.
- Ulti aktivləşdirmək üçün tələb olunan ulduz sayı: 8.
- Astra
- Nova Pulse qabiliyyətinin aktiv qalma müddəti 3.5 saniyəyə qədər azaldılıb.
- Brimstone
- İnsendiary (Yanğın bombası) qabiliyyətinin səsi dəyişdirilib – artıq onu dumanda atarkən asandlıqla eşitmək olur.
Digər yeniliklər
- Patch 10.08 və 10.09 yeniləmələrində 1-ci Epizoddan tanış musiqilər oyuna geri qaytarılacaq:
- Agent seçimi zamanı,
- Menyuda,
- Qələbə və məğlubiyyət səhnələrində tanış treklər səslənəcək.
Hədiyyə göndərmək funksiyası
Yeni funksional imkan sayəsində oyunçular artıq dükandan item və ya set hədiyyə edə biləcəklər:
Necə hədiyyə göndərmək olar:
- Mağazaya daxil olun.
- İstədiyiniz set və ya itemin səhifəsini açın.
- Səhifənin aşağı sağ küncündəki “Hədiyyə et” (Gift) düyməsinə basın.
- Qəbul edəni seçin (müəyyən məhdudiyyətlər tətbiq olunur).
- Bütün seti və ya yalnız seçilmiş itemləri hədiyyə etmək qərarı verin.
- Hədiyyəni göndərin.
Xəritə dəyişiklikləri
Yeni patch ilə birlikdə Fracture xəritəsi oyundan çıxarılır, yerinə isə Sunset xəritəsi geri qaytarılır.