Riot Games populyar FPS oyunu olan VALORANT üçün növbəti — 10.09 nömrəli yeniləməni təqdim etdi. Bu dəfə əsas diqqət yeni agent Tejo-nun balansına yönəldilib. Onun bir sıra bacarıqları zəiflədilib, Breach agenti üçün isə kiçik, lakin oyuna təsir edən dəyişiklik tətbiq olunub. Bundan əlavə, Swiftplay rejimi və bəzi vizual problemlərlə bağlı düzəlişlər də daxil edilib.
Tejo-nun dəyişən bacarıqları:
- Guided Salvo: Qiyməti 150 kredit müəyyən edilib, yalnız 1 yükləmə ilə başlayır, raund ərzində yenidən yükləmək mümkün deyil. Tuşlama məsafəsi 55 metrdən 45 metrə endirilib.
- Stealth Drone: Artıq 400 kreditə başa gəlir (əvvəl 300 idi).
- Special Delivery: Qiyməti 300-dən 200 kreditə endirilib.
- Armageddon (ult): Aktivləşdirmək üçün 9 nöqtə tələb olunur (əvvəllər 8 idi).
Breach agentinin Fault Line bacarığı da dəyişib — indi aktivləşmədən sonra təsir etməsi üçün 1.2 saniyə vaxt tələb olunur (əvvəl bu müddət 1 saniyə idi). Bu, oyunun tempinə az da olsa təsir edə bilər.

Swiftplay rejimində isə Breach, Killjoy və Viper agentləri artıq oyuna 2 yox, 3 ult yükləmə nöqtəsi ilə başlayacaqlar. Bu da onların həlledici bacarıqları daha tez istifadə etməsinə imkan verəcək.
Sonda, Riot bəzi silah dizaynlarına aid texniki xətanı aradan qaldırıb. Belə ki, Oni, Evori Dreamwings, EX.O, Prelude to Chaos, Mystbloom və digər skinlərdə ilk öldürmədən sonra kill-banner-lər normadan kiçik görünürdü — bu problem artıq həll olunub.
10.09 yeniləməsi VALORANT oyununda balansı qorumaq və istifadəçi təcrübəsini artırmaq məqsədi daşıyır.