6
Riot Games məşhur taktik atıcı oyunu VALORANT-ın beşilliyi münasibətilə “5 Years // Beta Remastered” adlı yeni yubiley kolleksiyasını təqdim edib. Yenilənmiş dəst 10.10 versiyalı yeniləmə ilə birlikdə oyunçulara təqdim olunacaq.
Əsas yenilik – bıçaq-drakon
Kolleksiyanın əsas elementi beta versiyasından tanınan drakon bıçağıdır, hansı ki, indi vizual cəhətdən tam yenilənib. Bıçağın 4 rəngli variantı olacaq:
- Yaşıl
- Qırmızı
- Göy
- Bənövşəyi
Bu əlavələr oyunçulara öz tərzlərini daha fərdi şəkildə ifadə etmək imkanı yaradacaq.
Digər əlavələr
Kolleksiya yalnız bıçaqla kifayətlənmir. Paketə daxil olan digər əşyalar:
- Qırmızı-qara oyunçu kartı – üzərində “5” rəqəmi və üç məşhur agent (Phoenix, Viper və Jett) təsvir olunub;
- Beta simgəsi olan brelok – ortasında gümüş qanadlar yerləşir;
- Animasiyalı grafiti – beta versiyasının əsas menyusundakı musiqi ilə müşayiət olunur.
Bu eksklüziv kolleksiya həm nostalji, həm də vizual zənginlik axtaran oyunçular üçün nəzərdə tutulub.