Parisdə keçirilən pley-off mərhələsinin üç günü arxada qaldıqdan sonra çempionluq uğrunda mübarizəni yalnız altı komanda davam etdirir.
Turniri tərk edənlər
G2 Esports, DRX-ə 1:2 hesabı ilə uduzaraq yarışdan kənar qaldı (Lotus – 13:7 qələbə, lakin Abyss – 10:13 və Bind – 7:13 məğlubiyyət). GIANTX isə Team Heretics-ə 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırdı (Ascent – 4:13, Lotus – 13:3, Bind – 9:13). Hər iki komanda 7–8-ci yerləri bölüşərək 50 min dollar qazandı.
Yoluna davam edənlər
- Yuxarı setin finalına Fnatic və NRG yüksəlib. Onlar titula əsas namizədlərdir.
- Aşağı setdə isə Paper Rex, Team Heretics, DRX və MIBR mübarizəni davam etdirir.
Pley-off cədvəli
- Fnatic vs NRG — yuxarı setin finalı
- Aşağı setdə: DRX – MIBR, Paper Rex – Team Heretics qarşıdurmaları olacaq.
VALORANT Champions 2025 Fransanın paytaxtı Parisdə 12 sentyabrdan 5 oktyabra qədər keçirilir. Turnirin mükafat fondu 2,25 milyon dollardır.
