Valorant üzrə ən nüfuzlu turnirlərin təqvimində cəmi üç dayanacaq var: iki Masters və bir dünya çempionatı. İlk Masters Banqkokda, ikinci isə Torontoda keçirildi, indi isə sıra gəlib Valorant Champions 2025-ə. 1xBet Azərbaycan ekspertləri bu mühüm turnirin əvvəlcədən icmalını sizin üçün hazırlayıblar
Valorant üzrə dünya çempionatı 12 sentyabr 5 oktyabr tarixlərində Parisdə keçiriləcək və onun mükafat fondu $2,250,000 təşkil edəcək. Bu məbləğ CS2 üzrə meycor turnirlərindən xeyli çoxdur, çünki orada iştirakçılara bundan $1,000,000 az təklif olunur.
Valorant Champions 2025-ə seçmə mərhələsi
Amerika arenasında G2 Esports dominasiya etdi, onlar Kickoff, Stage 1 və Stage 2 də daxil olmaqla bütün üç regional spliti qazandılar və üstəlik Masters Bangkok 2025-də gümüş medal götürdülər. İkinci slot isə gözlənilmədən NRG-yə qismət oldu. Mövsümün ilk yarısında (cəmi 2 xal toplayaraq Stage 1-də 8-ci yeri tutan komanda), birdən-birə Stage 2 finalına qədər irəlilədi və çempionata vəsiqə qazandı. Qalan iki slot isə haqlı olaraq Sentinels və MIBR-ə verildi.
Çin regionunda isə az qala sensasiya baş verəcəkdi – birbaşa vəsiqələri EDward Gaming yox, Bilibili Gaming və Dragon Ranger Gaming əldə etdi. Lakin Kickoff qələbəsi və mövsümdə sabit çıxışlar EDG-yə kifayət qədər xal qazandırdı və onlar Stage 1 qalibləri XLG ilə birgə xal kvotası ilə çempionata yüksəldilər.
Avropadan turnirdə tam fərqli təcrübəyə malik komandalar iştirak edəcək: regionun tanınmış lideri Team Liquid və mövsüm boyu cəmi 1 xal toplayan yeni GIANTX. Ancaq Fnatic, NAVI və BBL üzərindəki qələbələr GIANTX-ə EMEA Stage 2 finalına çıxmağa və ikinci dəvəti qoparmağa imkan verdi. Qalan iki slotu isə Esports World Cup 2025-in finalçıları Fnatic vəTeam Heretics qazandılar.
Pacific regionunda rəqabət ən gərgin oldu və bu səbəbdən olduqca güclü Gen.G Esports belə Valorant Champions 2025-ə düşə bilmədi. İlk iki dəvəti Paper Rex və Rex Regum Qeon, növbəti ikisini isə T1 və DRX götürdülər. Bu dörd komandanın hər biri çempionluğun real iddiaçısı hesab olunur.
Valorant Champions 2025-in formatı
Turnir 12–22 sentyabr tarixlərində qrup mərhələsi ilə başlayacaq. 16 iştirakçı dörd qrupa və hərəsində 4 komanda olmaqla bölünəcək. Bu mərhələdə bütün oyunlar ikili uduzma sistemi üzrə Bo3 formatında keçiriləcək.
Hər qrupdan iki ən yaxşı komanda pley-offa vəsiqə qazanacaq. Valorant Champions 2025-in təşkilatçıları artıq püşkatmanı keçiriblər, buna görə də qrupların tərkibi və start oyunları bəllidir:
А Qrupu:
- Paper Rex – XLG
- GIANTX – Sentinels
B Qrupu:
- Bilibili Gaming – MIBR
- Rex Regum Qeon – Fnatic
C Qrupu:
- Team Liquid – DRX
- NRG – EDward Gaming
D Qrupu:
- G2 Esports – Team Heretics
- Dragon Ranger Gaming – T1
Pley-off mərhələsi 25 sentyabrdan 5 oktyabra qədər ikili uduzma sistemi ilə keçiriləcək. Aşağı setkanın finalı və böyük final isə azarkeşlərə genişləndirilmiş Bo5 formatında təqdim olunacaq.
Favoritlər – Valorant Champions 2025
Valorant tarixində hələ heç bir komanda iki dəfə Champions qazana bilməyib. İlk qalib 2021-ci ildə Acend olub, daha sonra kuboku ardıcıl olaraq LOUD, Evil Geniuses və EDward Gaming (EDG) əldə ediblər.
EDG-nin bu ənənəni sındırmaq və Valorant Champions 2025-in qalibi olmaq üçün real şansı var. Turnirin favoritləri sırasında həmçinin Amerikanı təmsil edən G2 Esports və Sentinels, Avropadan isə Team Liquid və Fnatic də yer alır. Pacific regionunun ən güclüləri isə Paper Rex və T1 hesab olunur.Turnir Valorant Champions 2025 çox yaxın zamanda başlayır. Öz smartfonunuza 1xBet Azerbaycan mobile tətbiqini quraşdırın və kiberidman dünyasının ən maraqlı xəbərlərindən daim xəbərdar olun