Valorant-da 130 mindən çox hesab bloklanıb: Ən çox qadağalar tətil günlərində tətbiq olunub

by Nigar Məmmədova
0 comments

Riot Games-in hazırladığı Vanguard anti-cheat sistemi Yeni il və Milad tətilində Valorant oyununda 130 mindən çox hesabı bloklayıb. Bu barədə sistemin əsas inkişafçısı Filip Koskinas sosial şəbəkələrdə məlumat verib.

Bloklamaların əsas səbəbi qadağan olunmuş proqram təminatından istifadə və hiyləgər oyunçularla qruplaşma olub. Bloklanmış hesabların təxminən yarısı avadanlıq səviyyəsində qadağa alıb, bu da həmin cihazda yeni hesab yaratmağı mümkünsüz edir.

Bundan əlavə, Riot Games kibertəhlükəsizlik mütəxəssisləri və hakerlərlə əməkdaşlıq proqramı başlatdı. Bu proqram çərçivəsində iştirakçılar şirkətin şəbəkə sistemlərində, o cümlədən Valorant-da zəiflikləri aşkarlamaqda kömək edəcəklər. Mükafatlar aşkarlanan problemin mürəkkəbliyinə və onun istismar metodlarına görə dəyişir və $250-dən $100 minə qədər ola bilər.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın