Riot Games-in komanda PvP şuteri Valorant, Esports Awards 2024-də “İlin ən yaxşı kiberidman oyunu” kateqoriyasında qalib gəldi. Mükafatın nəticələri canlı yayımda elan edilib.
Bu, artıq Valorant üçün bu nominasiyada dördüncü qələbədir. Riot Games-in şuteri ardıcıl dörd ildir ki, ilin ən yaxşı kiberidman oyunu olaraq tanınır. Sonuncu dəfə başqa bir oyun bu mükafatı 2020-ci ildə almışdı — o zaman qalib də Riot Games-in digər oyunu League of Legends olmuşdu.
Esports Awards 2024 mükafatlandırma mərasimi Esports World Cup 2024 çempionatı çərçivəsində Səudiyyə Ərəbistanında keçirilir. Mükafatın nəticələri həm jüri, həm də istifadəçilərin səsverməsi əsasında müəyyən edilib. Daha əvvəl təşkilatçılar Team Falcons-un Dota 2 üzrə oyunçusu Stanislav Malr1ne Potorak-ı “İlin ən yaxşı gənc oyunçusu” kateqoriyasında qalib elan etmişdilər.