12
Bu gün Valorant Masters Bangkok 2025 turnirinin ilk mərhələsi start götürdü. Turnirin 500 min dollar mükafat fondu var və komandalar VCT Points uğrunda mübarizə aparırlar. Bu xallar, komandalar üçün 2025-ci il Dünya Çempionatına birbaşa vəsiqə qazanmaq şansı yaradır.
Oyun nəticələri:
- EDward Gaming, Team Liquid komandasını 2:0 hesabı ilə məğlub etdi:
- Split: 18:16
- Pearl: 13:6
- DRX komandası Sentinels üzərində 2:0 hesablı qələbə qazandı:
- Lotus: 13:3
- Haven: 13:10
Növbəti oyunlar:
- 21 fevral saat 12:00:
- Vitality vs T1
- G2 vs Trace Esports
Valorant Masters Bangkok turniri 20 fevral – 2 mart tarixləri arasında Tailandda, UOB Live konsert zalında keçirilir.