VALORANT Masters Santiago 2026-nın Top-4 Komandası Müəyyənləşdi

by Nigar Məmmədova
0 comments

Dünən, 10 mart tarixində, VALORANT Masters Santiago 2026 turnirinin aşağı səbətinin (lower bracket) ikinci raund matçları başa çatdı. Bu nəticələrlə çempionluq uğrunda mübarizə aparacaq son 4 komanda bəlli oldu.

Günün Oyun Nəticələri:

  • Paper Rex vs All Gamers: Turnirdə qalan son Çin təmsilçisi olan All Gamers, gərgin keçən görüşdə Paper Rex1:2 hesabı ilə məğlub olaraq yarışı tərk etdi.
  • G2 Esports vs BBL Esports: Avropa derbisində G2, Türkiyə təmsilçisi BBL-i 2:0 hesabı ilə üstələyərək yoluna davam etdi.

Növbəti Qarşılaşmalar (13 Mart)

Turnirin həlledici mərhələsində bizi iki böyük qarşılaşma gözləyir:

  1. Aşağı Səbət Yarımfinalı: Paper Rex vs G2 Esports
  2. Üst Səbət Finalı: NS RedForce vs NRG

All Gamers və BBL Esports turniri 5–6-cı yerlərdə tamamlayaraq hər biri 50 000 dollar pul mükafatı qazanıblar.

VALORANT Masters Santiago 2026: Top-4 və Pley-off Cədvəli

VALORANT Masters Santiago 2026 Çilinin paytaxtı Santyaqoda keçirilir. Ümumi mükafat fondu 1 milyon dollar olan turnir 15 martda baş tutacaq böyük finalla yekunlaşacaq. Qalib gələn komanda həmçinin VCT xalları qazanaraq ilin sonundakı Champions turnirinə bir addım daha yaxınlaşacaq.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın