1
Valorant Champions Tour: Split 2 matçlarının böyük bir hissəsi artıq keçirilib və Americas, China, Pacific və EMEA bölgələrindəki komandalar Valorant Masters Toronto 2025 üçün slot qazanmağa çalışırlar. İndi isə 6 komandadan 12-si artıq məlum olub.
Hansı komandalar Toronto turnirinə vəsiqə qazandı?
- Americas: MIBR və Sentinels
- China: XLG Gaming və Wolves Esports
- Pacific: Gen.G və Rex Regum Qeon
EMEA bölgəsindən olan komandaların tam siyahısı isə 18 mayda açıqlanacaq.
Turnir haqqında məlumat
Valorant Masters Toronto 2025 7-22 iyun tarixləri arasında Enercare Centre-də, Toronto, Kanadada keçiriləcək. Turnirin ümumi mükafat fondu 1 milyon dollar olacaq.