Valorant Masters Toronto 2025 turnirinin ilk mərhələsi başa çatıb. Yarışın sonuncu oyun günündə Paper Rex və Wolves Esports komandaları qrup mərhələsinin qalibləri kimi pley-offa vəsiqə qazanıblar.
Çin derbisi və dramatik duel
Wolves Esports Çin derbisində BiliBili Gaming üzərində qələbə qazandı – Ascent xəritəsində 13:5, Split-də isə 13:10 hesabı ilə. Bu nəticə ilə Wolves Esports pley-offa yüksəldi, BiliBili isə turniri tərk etdi.
Digər qarşılaşmada Asiya təmsilçisi Paper Rex Avropanın güclü komandalarından olan Team Liquid-lə gərgin oyunda qalib gəldi – Split xəritəsində 13:15 uduzsalar da, Sunset-də 13:5 və Lotus-da 14:12 hesabları ilə irəli çıxdılar.
Turniri tərk edənlər və mükafat
Beləliklə, BiliBili Gaming və Team Liquid 9–10-cu yerləri bölüşərək yarışla vidalaşıblar. Hər iki komanda 25 min dollar mükafat qazandı.
Pley-offa vəsiqə qazanan 8 komanda:
- XLG Esports (Çin)
- Fnatic (EMEA)
- RRQ (Pacific)
- Paper Rex (Pacific)
- Gen.G (Pacific)
- G2 Esports (Amerika)
- Sentinels (Amerika)
- Wolves Esports (Çin)
Pley-off oyun cədvəli (13 iyun):
- G2 vs Paper Rex – saat 19:00
- XLG vs Sentinels – təxminən saat 22:00
Turnir haqqında məlumat
Valorant Masters Toronto turniri 7–22 iyun tarixlərində Kanadanın Toronto şəhərində keçirilir. Ümumi mükafat fondu 1 milyon ABŞ dolları təşkil edir.