Valorant məşqçisi komandasının demolarını yayımda göstərdiyi üçün cəzalandırıldı

by Elnur Qəhrəmanov
0 comments

Keçmiş NRG komandası məşqçisi Çet “Chet” Sin peşəkar səhnədən müvəqqəti olaraq uzaqlaşdırılıb. Riot Games rəsmi saytında yayımlanan açıqlamada, şirkətin NRG-nin keçmiş baş məşqçisi barədə aparılan araşdırmanı tamamladığı bildirilib.

Çet Sin öz yayımları zamanı NRG komandasının demolarını, daxili müzakirələri və oyunçularla məşqçilər arasında olan söhbətləri yayımlayıb. Həmin vaxt o, artıq təşkilatdan ayrılmışdı və komandanı iki həftə əvvəl tərk etmişdi.

Riot Games-in araşdırmasından sonra müəyyən edilib ki, Sin məxfilik siyasətinin əsas maddələrini pozub. Nəticədə, o, 2025-ci ildə keçiriləcək Masters Bangkok turnirinə qədər Valorant rəqabətçi səhnəsində keçiriləcək tədbirlərdə iştirak etməkdən məhrum edilib.

Sosial mediada keçmiş məşqçi səhvini etiraf edib və komanda yoldaşlarından üzr istəyib. O, cəzadan əvvəlki dövr ərzində Valorant oyununu yayımlamağa davam edəcəyini də bildirib.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın