Riot Games nəhayət ki, uzun müddətdir gözlənilən Valorant Mobile oyununu rəsmi şəkildə elan edib. Tencent Spark 2025 tədbiri çərçivəsində mobil versiyanın ilkin qeydiyyatı artıq başlayıb. Bu layihə Riot-un Lightspeed Studios ilə birgə əməkdaşlığı çərçivəsində hazırlanır – eyni studiya daha əvvəl PUBG Mobile-ın da uğurla ərsəyə gəlməsində iştirak etmişdi.
Mobil versiyada nə olacaq?
Valorant Mobile-da ilk mərhələdə oyunçular üçün aşağıdakılar əlçatan olacaq:
Agentlər (16 nəfərlik əsas heyət):
- Breach
- Jett
- Raze
- Brimstone
- Phoenix
- Sage
- Sova
- Viper
- Cypher
- Reyna
- Killjoy
- Skye
- Yoru
- Astra
- Neon
- Omen
Xəritələr (6 lokasiya):
- Ascent
- Bind
- Haven
- Breeze
- Split
- Fracture
Sınaq mərhələsi və qeydiyyat
İlkin testlər yalnız Çin bazarında baş tutacaq və artıq əvvəlcədən qeydiyyat aktivdir. Digər ölkələrdə qeydiyyat daha sonra başlayacaq. Riot Games bildirib ki, test mərhələsində iştirak edən oyunçular xüsusi tapşırıqları yerinə yetirərək 4 eksklüziv oyunçu kartı qazana biləcəklər.
Rəsmi açıqlamalar
VALORANT Studio-nun rəhbəri Anna Donlon bildirib:
“Lightspeed komandası oyunun ilk demosundan etibarən Valorant-ın mahiyyətini dəqiq şəkildə əks etdirməyi bacardı. Onlar təkcə texniki deyil, həm də ideoloji baxımdan oyunun ruhunu hiss edirlər.”
Oyunun prodüseri Andy Ho isə əlavə edib:
“Biz mobil platformada Valorant-ın əsas təməl xüsusiyyətlərini qorumaq üçün Lightspeed ilə sıx əməkdaşlıq etmişik. İstər qabiliyyətlərin istifadəsi, istərsə də silahlı qarşıdurmalar – hamısı yüksək keyfiyyətlə təqdim olunur.”
Çin bazarı niyə birinci seçildi?
Donlon-un sözlərinə görə, Çin mobil FPS janrında həm oyunçu sayına, həm də rəqabət səviyyəsinə görə dünya lideridir. Ona görə də Lightspeed kimi yerli təcrübəli studiya ilə əməkdaşlıq məntiqli seçim olub.
Valorant Mobile-un dəqiq çıxış tarixi hələ açıqlanmasa da, Riot-un təsdiqinə görə növbəti test mərhələsi artıq çox yaxın zamanlarda keçiriləcək.