Riot Games və smartfon istehsalçısı OnePlus arasında yeni strateji əməkdaşlıq çərçivəsində VALORANT Mobile üzrə ilk rəsmi turnirin keçiriləcəyi elan olunub. Turnirin ev sahibliyini Çin edəcək.
Sazişə əsasən, OnePlus Ace 5 Supreme modeli turnirin rəsmi cihazı olaraq təsdiqlənib. Bu smartfon həmçinin iyun ayında Şanxayda keçiriləcək oflayn nümayiş tədbirində də əsas oyun cihazı olacaq.
Turnirin vaxtı və formatı
VALORANT Mobile turnirinin dəqiq tarixi hələ açıqlanmayıb, lakin məlumdur ki, yarış 2025-ci ilin ikinci yarısında baş tutacaq. Yarış mobil e-idmanın inkişafı baxımından vacib addım kimi qiymətləndirilir və Çində mobil oyun bazarının dinamik inkişafını nəzərə alaraq böyük maraq doğuracaq.
Oyunsevərləri nələr gözləyir?
- İyun 2025 – Şanxayda oflayn demonstrasiya tədbiri
- İyul 2025 – Çində yerləşən Tsindao şəhərində açıq ictimai tədbir, burada oyunun pre-reliz versiyası nümayiş olunacaq
Bununla da Riot Games mobil seqmentdə yeni mərhələyə keçid etdiyini təsdiqləyir və OnePlus ilə birgə mobil turnirlərin gələcəyinə güclü zəmin yaradır.