VALORANT üzrə Esports World Cup 2025: Bütün iştirakçılar bəlli oldu

by Nigar Məmmədova
0 comments

VALORANT üzrə Esports World Cup 2025 turnirinə vəsiqə qazanan komandalar artıq müəyyənləşib. Qlobal regionlarda baş tutan seçmə mərhələlərin nəticələrinə əsasən yarışda mübarizə aparacaq 16 komandanın adları açıqlanıb.

Dörd region – 16 ən güclü komanda

Turnirdə dünyanın əsas dörd regionunu təmsil edən komandalar çıxış edəcək. Hər regiondan dörd komanda olmaqla, aşağıdakı siyahı formalaşıb:

Amerika:

  • G2 Esports
  • Sentinels
  • NRG
  • 100 Thieves

Çin:

  • XLG Esports
  • Bilibili Gaming
  • EDward Gaming
  • Titan Esports Club

EMEA (Avropa, Yaxın Şərq və Afrika):

  • Fnatic
  • Team Heretics
  • BBL
  • Karmine Corp

Sakit okean regionu:

  • Rex Regum Qeon
  • Gen.G
  • Paper Rex
  • DRX

Turnir formatı və məkan

VALORANT üzrə Esports World Cup 2025 turniri 8–13 iyul tarixlərində Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində baş tutacaq. Yarışın ümumi mükafat fondu 1.25 milyon ABŞ dolları təşkil edir.

Turnirin əvvəlində 16 komanda 4 qrupa bölünəcək. Hər qrupdan ilk iki yerin sahibləri pley-off mərhələsinə vəsiqə qazanacaq. Burada isə Single-Elimination (məğlub olan komandaların dərhal turnirdən çıxdığı) format tətbiq olunacaq.

VALORANT azarkeşləri iyul ayında keçiriləcək bu beynəlxalq tədbirdə ən güclü komandaların toqquşmasına şahidlik edəcəklər.

Bunlar da xoşunuza gələ bilər