5
Valorant Champions Tour (VCT) 2025 EMEA Stage 1 turnirinin qrup mərhələsi 26 mart tarixində start götürüb. İlk oyun günündə iki maraqlı qarşılaşma baş tutub.
Team Vitality rəqibi GiantX üzərində inamlı qələbə qazanaraq seriyanı 2:0 hesabı ilə başa vurub. Xəritələr üzrə nəticələr belə olub:
- Split – 13:9
- Lotus – 13:2
Digər oyunda Karmine Corp və BBL Esports arasında gərgin mübarizə qeydə alınıb. Üç xəritədə keçən seriyada üstün tərəf BBL Esports olub – 2:1:
- Icebox – 13:3 (Karmine Corp)
- Pearl – 11:13 (BBL Esports)
- Fracture – 8:13 (BBL Esports)
Azərbaycanlı oyunsevərlərin maraqla gözlədiyi NAVI komandasının Fnatic ilə ilk qarşılaşması isə 28 mart saat 18:00-da baş tutacaq.
Turnir 26 martdan 18 maya qədər davam edəcək. Yarışın yekununda ilk üç yeri tutan komandalar 1 milyon dollar mükafat fondu olan VCT Masters Toronto turnirinə vəsiqə qazanacaqlar.