14 dekabrda CS2 üzrə mövsümün ən vacib turnirlərindən birinin böyük finalı keçirildi. Vitality ardıcıl ikinci meycor titulunu qazandı və indi tarixdə ən güclü komanda hesab edilən Astralis-i taxtdan salmağa hazırdır. FaZe Clan yenə finalda uduzdu, ZywOo isə meycorda üç dəfə MVP titulunu qazanan ilk kiberidmançı oldu.
$1,250,000 uğrunda yarış möhtəşəm alındı
FaZe Clan-ın yolu bir daha sübut etdi ki, StarLadder Budapest Major 2025 olduqca gözlənilməz və gərgin keçib. karrigan-ın komandası Stage 1-dən start verdi və turnirin əvvəllərində artıq mübarizədən kənar qalmağa çox yaxın idi. Red Canids bombanı zərərsizləşdirmək və FaZe Clan-ı evə – Twitch-dən meycoru izləməyə göndərmək üçün cəmi 0.437 saniyə çatdıra bilmədi. Nəticədə NEO-nun yetirmələri inanılmaz geri dönüş edərək böyük finala qədər irəlilədilər.
FaZe Clan turnirin əsas sensasiyasına çevrildi və neytral azarkeşlərin rəğbətini qazandı, G2 Esports və paiN Gaming isə öz fanatlarını məyus etdi. Beynəlxalq top-10-luqda olan bu komandalar pley-off-a çıxmadan yarışı başa vurdu – Budapeştdəki çempionatı müvafiq olaraq 2:3 və 1:3 göstəricisi ilə tərk etdilər.
Bu meycorda tier-2 komandalar – B8 və Passion UA – özlərini yaxşı tərəfdən göstərdilər. Onlar pley-off-a düşməyə bir addım qalmış dayandılar: həlledici oyunlarda NAVI-yə və yenə həmin FaZe Clan-a uduzdular.
Nizam-intizam və strategiya xaosun gücünə qarşı: pley-off nə ilə yadda qaldı?
İlk üç mərhələnin nəticələrinə əsasən ən güclü səkkizliyə aşağıdakılar düşdü:
Dördəbir final gözlənilməz Team Spirit qələbəsi ilə başladı. The Dragons əvvəlcə Nuke xəritəsində rəqiblərini darmadağın etdi, sonra isə Dust2-də gərgin mübarizədə üstünlük qazandılar. Team Vitality isə gözlənildiyi kimi The MongolZ-ə heç bir şans vermədivə iki xəritəni də öz xeyrinə bağladı.
Daha sonra turnirin əsas sensasiyalarından biri baş verdi. «Qələbə üçün doğulanlar» mövsümü uğurlu keçirməsələr də, pley-off-da partlayış edərək meycorun əsas favoritlərindən biri olan FURIA-nı məğlub etdilər. Sürprizlər bununla da bitmədi: FaZe Clan əla forma tutdu və MOUZ üzərində inamlı qələbə qazandı.
İlk yarımfinalda Team Vitality yenidən yırtıcı soyuqqanlılığı nümayiş etdirdi və Team Spirit-i 2:0 hesabı ilə məğlub etdi. Əvvəlcə fransızlar gərgin mübarizədə Mirage xəritəsində rəqiblərini üstələdi(19:17), daha sonra isə Dust2-də onları tam olaraq məğlub etdilər (13:8).
NAVI ilə FaZe Clan arasındakı döyüş makazzee-nin möhtəşəm performansı ilə başladı. Kosovalı oyunçu karyerasının ən yaxşı xəritəsini çıxardı və «qələbə üçün doğulanlar»a Ancient-i 13:5 hesabı ilə qazanmağa kömək etdi. NAVI Nuke xəritəsində də dominasiya etməyə davam etdi və hətta matç xalı əldə etməyə çox yaxın idi. Lakin frozen, karrigan və jcobbb-dan gələn inanılmaz klatçlar FaZe Clan-ın əvvəlcə oyuna qayıtmasına, sonra isə böyük finala vəsiqə qazanmasına şərait yaratdı.
Bo5-un yekunu: Team Vitality FaZe Clan-a heç bir şans vermədi
Karrigan və komandası yüksək motivasiya ilə böyük finala daxil oldu və hətta ilk xəritəni qazanmağı bacardı. FaZe yenidən rəqiblərini Nuke-də üstələdi (13:6). Lakin uğurlu startdan sonra nağıl bitdi və StarLadder Budapest Major 2025-in əsas Zoluşkanın arabası balqabağa çevrildi. Əvvəlcə TeamVitality Dust2-də inamlı qələbə ilə hesabı bərabərləşdirdi (13:3), daha sonra isə Inferno xəritəsində gərgin döyüşdə (13:9) qalib gələrək önə keçdi.
Grand-final Overpass xəritəsində FaZe Clan-ın tam məğlubiyyəti ilə yekunlaşdı – 13:2. Buna görə də karrigan yalnız CS üzrə əsas turnirlərdə killər sayına görə apEX-i geridə qoymaqla kifayətləndi, fransızlar isə mövsümdə 9-cu kuboklarını qazandılar. Bu, Team Vitality üçün meycor turnirlərində üçüncü və ardıcıl ikinci qələbədir. Daha çox titula yalnız Astralis sahibdir – 4.
Counter-Strike 2 уходит на небольшую зимнюю паузу, но уже в январе состоятся BLAST Bounty2026 и IEM Krakow 2026. Поэтому оставайтесь на связи с киберспортом и наслаждайтесь любимой игрой вместе с 1xBet Azərbaycan!
Counter-Strike 2 qısa qış fasiləsinə çıxır, lakin artıq yanvarda BLAST Bounty 2026 və IEM Krakow 2026 turnirləri keçiriləcək. Ona görə də kiberidmanla əlaqəni kəsmə və sevimli oyununun həyəcanından 1xBet Azərbaycan ilə birlikdə zövq almağa davam et!