Worlds 2025: T1 kiberidman üzrə dünya çempionatının əsas mərhələsinə yüksələ biləcəkmi və titulunu qoruya biləcəkmi?

by Nigar Məmmədova
0 comments

Koreya komandası T1 və onun əsas ulduzu Faker League of Legends-də kult statusuna malikdir. Amma niyə beşqat dünya çempionu və son iki Worlds-un qalibləri ümumiyyətlə turnirin əsas mərhələsinə düşməyə bilər? Bu barədə – 1xBet Azərbaycan kiberidman ekspertlərinin baxışında.

İlkin olaraq hər bir region – LCK, LPL, LEC, LTA və LCP – Worlds 2025-in əsas mərhələsi üçün 3 slot əldə etmişdi. Amma 2025 Mid-Season Invitational turnirində yüksək nəticələr sayəsində – koreyalı Gen.G Esports və T1 müvafiq olaraq 1-ci və 2-ci yerləri, çinli Anyone’s Legend və Bilibili Gaming isə 3-cü və 4-cü yerləri tutdu – LCK və LPL regionları Play-In mərhələsi üçün əlavə olaraq daha bir slot qazandılar.

Swiss Stage и Play-In

Koreya liqası LCK-də Worlds 2025 üçün dəvəti mövsümün dörd ən yaxşı komandası əldə edib. Bundan əvvəl MSI 2025 və EWC 2025-i də qazanan çempion Gen.G Esports olub . Gümüş medalı isə LCK Cup 2025 və FST 2025-in qalibi Hanwha Life götürdü. Proqnozlara görə üçüncü yeri T1 əldə etməli idi, lakin LCK 2025 Playoffs mərhələsində əfsanəvi komanda əvvəlcə Hanwha Life qarşısında alçaldıcı 0:3 hesablı məğlubiyyətdən sonra aşağı cədvələ düşdü, daha sonra isə finala çıxmaq uğrunda gərgin mübarizədə Gen.G Esports-a 2:3 hesabı ilə uduzdu. Nəticədə bürünc və Worlds 2025-in əsas mərhələsinə son vəsiqəni KT Rolster qazandı, T1 isə regionda dördüncü yeri tutaraq Play-In mərhələsinə yollandı.

Çin liqası LPL-də vəsiqələrin bölgü sxemi bir qədər daha mürəkkəbdir. İlk slotu LPL 2025 Split 3-ün çempionu Bilibili Gaming əldə etdi, ikinci slot isə ən çox Championship Points toplayan Anyone’s Legend-ə verildi. Qalan iki Çin təmsilçisini müəyyənləşdirmək üçün ayrıca turnir – LPL 2025 Regional Finals keçirildi. Bu turnirdə yuxarı setkanın finalında qalib gələn Top Esports Worlds 2025-in əsas mərhələsinə son slotu qazandı, Invictus Gaming isə son ümid şansını Play-In mərhələsində əldə etdi.

Proqnoz Play-In oyunu “T1 – Invictus Gaming”

Bu il Riot Games ilin əsas turnirinin formatını bir daha dəyişdi. Worlds 2025-ə cəmi 17 iştirakçı qatılacaq və start mərhələsində əvvəlki kimi səkkiz yox, yalnız iki komanda oynayacaq. Ötən il bu mərhələ tam formatda ikiqat məğlubiyyət sistemi ilə keçirilmişdi və onun çərçivəsində 10 oyun baş tutmuşdu. Amma builki Play-In – cəmi bir oyun və uduzan dərhal mübarizəni tərk edir.

14 oktyabrda, cəmi bir gün qalmış Worlds 2025-in əsas mərhələsinin startına, T1 Invictus Gaming ilə Bo5 formatında qarşılaşacaq. Bu duelə proqnoz birmənalıdır – ötən ilin çempionları T1 asanlıqla Invictus Gaming üzərində qələbə qazanmalıdır. Birinci komandanın qələbəsinə əmsal təxminən x1.2, ikinciyə isə x5.0-dan yuxarı göstərilib.

Koreya təmsilçisi mövsümü ən yaxşı formada keçirməsə də, hətta bu vəziyyətdə belə beşqat dünya çempionu T1 IG kimi orta səviyyəli komandalardan başa-baş üstün görünür. Çin təmsilçisi üçün dünya çempionatına vəsiqə qazanmağın özü artıq uğur sayılır. Komandanın zirvə dövrü beş il əvvəl idi – o zaman Invictus Gaming Worlds 2018-də qızıl, MSI 2019 və Worlds 2019-da isə bürünc medal qazanmışdı. O vaxtdan bəri IG heç bir ciddi turnirdə qalib gəlməyib və onların qələbəsi yalnız o halda mümkün ola bilər ki, T1 ötənilki titulu qorumaq zərurətindən doğan ciddi psixoloji təzyiqin öhdəsindən gələ bilməsin.

İlin ən böyük League of Legends turniri çox yaxında başlayır! Ona görə də mütləq 1xBet qeydiyyat edin ki, Worlds 2025-in ən maraqlı xəbərlərini, yayımlarını və oyun nəticələrini qaçırmayasınız!

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın