“HLTV” portalı 25.05.2026-cı il tarixinə olan dünyanın ən yaxşı CS2 komandalarının növbəti həftəlik reytinq siyahısını dərc edib. Liderlik kürsüsündə yenə də dəyişməz olaraq maksimum (1000 xal) nəticə ilə Fransanın Vitality klubu qərarlaşıb.
İlk altılığın mövqeyi:
- 1. Vitality — 1000 xal (Dəyişməyib)
- 2. NAVI — 709 xal (Liderlə xal fərqini bir az da azaldıb)
- 3. Spirit — 517 xal (Dəyişməyib)
- 4. Falcons — 508 xal (“CS Asia Championships” finalından sonra aktivinə 104 xal əlavə etsə də, yerini dəyişməyib)
- 5. FURIA — 398 xal (Dəyişməyib)
- 6. Aurora — 346 xal (Türkiyə təmsilçisi 6-cı pillədəki yerini qoruyub)
Top-10-da böyük yerdəyişmələr
Reytinqin aşağı sıralarında isə ciddi hərəkətlilik müşahidə olunur. MOUZ komandası turnirlərdəki uğurlu çıxışından sonra reytinqdə 2 pillə irəliləyərək 7-ci yerə yüksəlib. Moğolistan təmsilçisi The MongolZ isə özünün 8-ci mövqeyini qorumağı bacarıb.
Həftənin ən böyük sıçrayışına isə Şanxayda keçirilən “CS Asia Championships 2026” turnirinin sensasiyalı çempionu Legacy imza atıb. Braziliya kollektivi böyük xal artımı ilə ilk onluğa (top-10) daxil olaraq 296 xalla 9-cu pillədə qərarlaşıb.
İlk onluğu isə kəskin geriləmə yaşayan və 7-ci yerdən 10-cu yerə düşən PARIVISION (pvision) komandası qapayır.
