Zero Tenacity – Rift Legends 2025 Winter turnirinin qalibi oldu

by Nigar Məmmədova
0 comments

Polşanın Varşava şəhərində Şərqi Avropa regionu üzrə League of Legends turniri – Rift Legends 2025 Winter başa çatıb. Yarışın ümumi mükafat fondu 10 min avro təşkil edib.

Final qarşılaşmasında Zero Tenacity komandası Back2TheGame üzərində 3:1 hesablı qələbə qazanaraq çempion olub. Bu qələbə sayəsində komanda 4500 avro mükafat və EMEA Masters Winter 2025 turnirinə birbaşa vəsiqə əldə edib.

Rift Legends 2025 Spring isə aprel-iyun aylarında keçiriləcək. Turnirdə iştirak etmək istəyən komandalar 13-16 mart tarixlərində baş tutacaq bağlanmış seçmə mərhələdə iştirak etməklə vəsiqə qazana bilərlər.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın