Braziliyanın məşhur kiberidman təşkilatı MIBR, CS2 heyətindəki dəyişiklikləri “X” platformasında paylaşdığı yaradıcı musiqi videosu ilə elan edib. Komanda heyətinə iki yeni oyunçu və yeni baş məşqçi cəlb edib.
MIBR-in yeni transferləri:
- LNZ (Linus Holtstrem): Bir müddət “HEROIC” komandasının ehtiyat oyunçular skamyasında yer alan isveçli kiberidmançı artıq MIBR-in uğurları üçün tər tökəcək.
- venomzera: “RED Canids” komandasından transfer edilən 21 yaşlı braziliyalı istedad heyətin hücum gücünü artıracaq.
- LETN1 (Nestor Taniç): Komandanın yeni baş məşqçisi vəzifəsinə “G2 Academy”nin keçmiş koçu gətirilib.
Yeni oyunçular Yeni il bayramından sonra komandadan ayrılan exit və Qikert-i əvəz edəcəklər. MIBR bu dəyişikliklərlə 2026-cı il mövsümündə beynəlxalq arenada daha rəqabətədavamlı olmağı hədəfləyir.