“Esports World Cup 2027” turnirinin təşkilatçıları “Street Fighter 6” və “League of Legends” disiplininlərinin yarışa qayıdışını rəsmən təsdiqləyiblər. Hər iki oyun ardıcıl dördüncü il bu mötəbər turnirdə təmsil olunacaq.
“Street Fighter 6” 2024-cü ildən etibarən EWC proqramına daxildir. 2026-cı ildə keçirilən yarışın çempionu “Team Falcons” təşkilatını təmsil edən 15 yaşlı çilili oyunçu “Craime” olub. O, qran-finalda “Hibiki”ni 5:2 hesabı ilə məğlub edərək 250 min ABŞ dolları mükafat qazanıb.
“EWC 2027″də “Craime” çempion titulunu qorumağa çalışacaq. Təşkilatçılar onun potensial rəqibləri sırasında “Hinao”, “MenaRD”, “Yamaguchi”, “Xiaohai”, “Hibiki” və “Dual Kevin” kimi oyunçuların adlarını qeyd ediblər.
“League of Legends”də Cənubi Koreya klublarının mütləq üstünlüyü
“League of Legends” disiplini də “Esports World Cup”ın bir hissəsi olaraq qalacaq. Əvvəlki üç il ərzində bu turnirin qalibi yalnız Cənubi Koreya klubları — “T1”, “Gen.G” və “Dplus KIA” olub. 2026-cı ildə “Dplus KIA” pley-off mərhələsində “Bilibili Gaming” və “Gen.G” kollektivlərini mübarizədən kənarlaşdırıb, finalda isə “Karmine Corp”u 3:0 hesabı ilə darmadağın edib. Turnirin ən dəyərli oyunçusu (MVP) komandanın botleyneri “Smash” seçilib.
Qeyd edək ki, “Esports World Cup 2027” yay aylarında baş tutacaq — “Street Fighter 6” üzrə turnirlər iyul–avqust aylarına planlaşdırılıb.