IEM Rio 2026-ya dəvət alan komandalar açıqlandı

by Nigar Məmmədova
0 comments

Intel Extreme Masters Rio 2026 təşkilatçıları 5 yanvar 2026-cı il tarixinə olan “Valve Regional Standings” (VRS) reytinqinə əsasən turnirə dəvət olunan komandaların siyahısını rəsmi olaraq açıqlayıblar. Yarışın əsas mərhələsində 16 komanda iştirak edəcək və onlar iki qrupda “double elimination” formatında mübarizə aparacaqlar. Ən yaxşı altı kollektiv pley-off mərhələsinə yüksələrək, yalnız çempionluq titulu üçün deyil, həm də 1 000 000 $ məbləğində mükafat fondu və “ESL Grand Slam” yarışındakı mühüm xallar uğrunda yarışacaqlar.

Əsas mərhələnin iştirakçıları arasında Natus Vincere, Team Vitality, Team Spirit, G2 Esports, MOUZ, Falcons, Liquid, FURIA və digər komandalar var. Əsas mərhələ üçün daha üç slot, qlobal və Amerika regionlarından 24 komandanın yarışacağı qapalı seçmə mərhələlərdə (closed qualifiers) oynanılacaq. Qlobal seçmə mərhələnin qalibləri və finalçısı, eləcə də Amerika seçmə mərhələsinin ən yaxşı komandası Rio biletini qazanacaq.

Eyni zamanda, bir neçə top təşkilat dəvətlərdən imtina edib: FaZe ClanThe MongolZ əsas mərhələdə oynamayacaq, Astralis, Ninjas in Pyjamas, FlyQuest, paiN Gaming, NRGM80 isə qapalı seçmə mərhələləri buraxacaqlar. Turnir 2026-cı ilin aprelində baş tutacaq və komandalar iştirak hüququnu qorumaq üçün VRS dəvəti aldığı andan etibarən heyətlərinin böyük hissəsini saxlamalıdırlar.

IEM Rio 2026-ya dəvət alan komandalar açıqlandı

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın