Bruno Marsın Roblox konsertini 12,8 milyon insan izləyib

by Nigar Məmmədova
0 comments

Məşhur müğənni Bruno Mars bu yaxınlarda populyar Steal A Brainrot oyunu çərçivəsində Roblox-da virtual konsert proqramı ilə çıxış edib. Digital Music News nəşrinin məlumatına görə, tədbiri eyni anda 12,8 milyon oyunçu izləyib.

Bu rəqəm Roblox-da musiqi konsertləri üçün rekord auditoriya hesab olunur. Bundan əlavə, tədbirlə bağlı sosial media məzmunları 53 milyon baxış toplayıb.

Bruno Mars “Steal A Brainrot” oyunu ilə tərəfdaşlıq edən ilk artist olub. Çıxış zamanı müğənni cəmi iki mahnı ifa edib: son sinqlı olan “I Just Might” və 2012-ci ilə aid “The Romantic”.

Qeyd edək ki, “Steal A Brainrot” oyunu 2025-ci ilin may ayında istifadəyə verilib və qısa müddətdə 55 milyarddan çox ziyarət sayı toplayaraq sürətlə populyarlaşıb.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın