Növbəti State of Play fevralın ortalarına planlaşdırılır | İnsayderlər yeni şounun hazırlandığını deyirlər

by Nigar Məmmədova
0 comments

Sony şirkəti yaxın həftələrdə növbəti State of Play oyun şousunu keçirməyə hazırlaşır. Bu barədə iki tanınmış insayder demək olar ki, eyni vaxtda məlumat yayıb.

Fevral ayında baş tutacaq State of Play haqqında ilk məlumatı izləyicilərindən birinin sualını cavablandırarkən NateTheHate paylaşıb. Daha sonra bloqer Ceff Qrabb “Game Mess Mornings” podkastında daha dəqiq detalları səsləndirib. Onun sözlərinə görə, növbəti şou böyük ehtimalla 12 fevralda və ya həmin həftənin günlərindən birində baş tutacaq.

Xatırladaq ki, 12 fevral cümə axşamı gününə təsadüf edir — Sony adətən təqdimatlarını məhz bu gündə keçirir.

Şouda nələrin nümayişi gözlənilir:

  • Saros: “Returnal”ın davamı olan və 30 aprel 2026-cı ildə PlayStation 5 üçün çıxışı planlaşdırılan roguelike-şuter haqqında yeni materiallar.
  • Marvel’s Wolverine: Sony-nin 2026-cı il üçün əsas yeniliyi hesab olunan və ilin payızında çıxması gözlənilən casus-ekşn oyunu barədə yeni detallar.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın