Epic Games Store 2025-ci il üzrə hesabatını dərc edərək platformanın inkişaf planlarını təqdim edib. Mağaza auditoriya sayında rekord göstəricilər və üçüncü tərəf oyunlarına edilən xərclərdə ciddi artım qeydə alıb.
2025-ci ilin əsas göstəriciləri:
972 milyon platformalararası hesab (+8%), 317 milyon PC istifadəçisi və dekabr ayında rekord 78 milyon aylıq aktiv istifadəçi qeydə alınıb. Orta hesabla ayda 67 milyon, gündəlik isə 31 milyon aktiv istifadəçi platformadan istifadə edib.
Maliyyə və oyun fəaliyyəti:
PC oyunçularının ümumi xərcləri 1,16 milyard dollara (+6%), üçüncü tərəf PC oyunlarına çəkilən xərclər isə 400 milyon dollara (+57%) çatıb. Ümumi oyun vaxtı 6,65 milyard saat təşkil edib. Epic Games qeyd edir ki, tərtibatçılar öz ödəniş sistemlərindən istifadə etdikdə gəlirin 100%-ni özlərinə götürürlər, buna görə də rekord xərclərə Marvel Rivals, Valorant, GTA V və EA SPORTS FC™ 26 kimi böyük layihələr daxil deyil.
Pulsuz oyunlar proqramı:
İl ərzində 100 pulsuz oyun paylanılıb və kitabxanalara 662 milyon nüsxə oyun əlavə edilib. Oyunların 77%-i paylanma zamanı oyunçu sayında tarixi zirvəyə ulaşıb. Artıq mağaza kataloqunda 6000-dən çox oyun var. 2025-ci ilin iyunundan etibarən tərtibatçılar hər məhsuldan əldə olunan ilk 1 milyon dollar xalis mənfəətin 100%-ni özlərinə saxlayırlar, bundan sonra 88/12 bölgü modeli tətbiq olunur.
2025-ci ilin əsas yenilikləri:
Yeni yükləmə meneceri, təkmilləşdirilmiş axtarış, oyun hədiyyə etmə funksiyası (bayramlarda 100 000-dən çox hədiyyə), iOS və Android üçün mobil tətbiqin istifadəyə verilməsi və Fortnite, mobil tətbiqlər və launçer arasında vahid mətn çatının yaradılması.
Epic Games Store-un 2026-cı il planları:
- Daha sürətli və stabil işləyən yeni launçer və vitrin dizaynı.
- Avatarlar, istifadəçi profilləri və şəxsi mesajlaşma sistemi.
- Səsli çat və qrupların əlavə edilməsi.
- Fortnite vasitəsilə yeni buraxılışlara dəstək proqramı.
- PC və mobil cihazlar üçün vahid platformalararası kitabxana.
- Lokalizasiya edilmiş məzmunlu regional mağazaların açılması.