PUBG Global Series 2026-nın İlk Mərhələ İştirakçıları Müəyyənləşdi

by Nigar Məmmədova
0 comments

Krafton şirkəti 2026-cı ilin birinci yarısında keçiriləcək PUBG Global Series (PGS) turnirlərində mübarizə aparacaq 24 komandanın siyahısını rəsmi olaraq elan edib. Yarışlarda 12 qlobal tərəfdaş komanda ilə yanaşı, regional seriyalardan dəvət alan daha 12 kollektiv iştirak edəcək.

Turnirə qatılacaq qlobal tərəfdaş komandalar:

  • Amerika: Team Falcons.
  • Çin: 17 Gaming, Four Angry Men, Petrichor Road.
  • EMEA: Natus Vincere, Twisted Minds, Virtus.pro.
  • Koreya: DN SOOPers, Gen.G Esports.
  • Tailand: eArena, FULL SENSE.
  • Vyetnam: Anyone’s Legend.

Regional seriyalardan dəvət alan komandalar:

  • Amerika (PAS): FURIA, Team Liquid.
  • Çin (PCL): Change The Game, JD Gaming.
  • EMEA (PEC): S2G Esports, Team Vitality.
  • Tailand (PTS): Made in Thailand, Theerathon Five.
  • Vyetnam (PVS): FINHAY CERBERUS, The Expendables.
  • Koreya (PWS): Crazy Raccoon, T1.

2026-cı ilin kiberidman yol xəritəsinə əsasən, PGS Circuit 1 mart ayında, PGS Circuit 2 isə may ayında baş tutacaq. Komandalar iki dövrə (PGS 1-3 və PGS 4-6) ərzində xal toplayaraq gələcək qlobal turnirlərə vəsiqə qazanmağa çalışacaqlar.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın