Falcons “BLAST Open Rotterdam” turnirinə “kyousuke” olmadan qatılacaq

by Nigar Məmmədova
0 comments

Falcons” təşkilatı rusiyalı oyunçusu kyousuke-nin “BLAST Open Rotterdam” turnirində iştirak edə bilməyəcəyini açıqlayıb. Xatırladaq ki, turnirin başlanğıc mərhələsi Danimarkada keçirilsə də, həlledici pley-off oyunları Niderlandda baş tutacaq.

Oyunçunun viza problemləri səbəbindən turnirdən kənar qalması rəsmiləşib. Onu heyətdə “Falcons Academy”nin üzvü NucleonZ əvəzləyəcək. NucleonZ artıq “BLAST Bounty S1 2026” pley-off mərhələsində rusiyalı oyunçunu uğurla əvəz etmişdi. HLTV reytinqli ilk oyunları olmasına baxmayaraq, o, sərgilədiyi performansla kiberidman ictimaiyyətinin rəğbətini qazanmağı bacarıb.

Mövzu ilə bağlı maraqlı bir detalı da qeyd edək: Əgər NucleonZ “Falcons” heyətində beşdən çox rəsmi matça çıxarsa, “Valve” qaydalarına əsasən, o, əsas heyətin daimi üzvü kimi qəbul ediləcək. Bu isə gənc oyunçuya “Major” turnirində şəxsi stikerini qazanmaq hüququ verə bilər.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın