Ceki Çan “Global Esports Games”in rəsmi səfiri oldu

by Nigar Məmmədova
0 comments

Qlobal Kiberidman Federasiyası (Global Esports Federation — GEF) kino əfsanəsi və döyüş sənətləri ustası Ceki Çanın “Global Esports Games”in rəsmi səfiri təyin olunduğunu elan edib.

Bu əməkdaşlıq ənənəvi əyləncə sahəsi, klassik idman növləri və qlobal gənclik mədəniyyəti arasındakı artan kəsişmənin mühüm göstəricisidir. “#worldconnected” şüarı altında fəaliyyət göstərən “Global Esports Games” kiberidmanın sadəcə oyunlardan ibarət olmadığını, daha geniş miqyaslı bir hərəkat olduğunu nümayiş etdirməyi hədəfləyir.

Qlobal Kiberidman Oyunları (Global Esports Games — GEG) Qlobal Kiberidman Federasiyası (GEF) tərəfindən hər il təşkil olunan ən mötəbər beynəlxalq turnirdir. Bu yarışda federasiyaya üzv olan ölkələrin milli yığmaları müxtəlif oyun disiplinləri üzrə medallar uğrunda mübarizə aparırlar. Növbəti turnirin 2026-cı ilin dekabrında keçirilməsi planlaşdırılır.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın