“BLAST Open Rotterdam 2026” turnirinin qrup mərhələsi başa çatdı. BLAST-ın Kopenhagendəki studiyasında keçirilən yarışda 16 komanda “double-elimination” (ikiqat məğlubiyyət sistemi) formatında mübarizə aparıb. Hər qrupdan ən yaxşı üç kollektiv 27–29 mart tarixlərində Rotterdamın “Ahoy Arena”sında baş tutacaq pley-off mərhələsinə vəsiqə qazanıb.
A Qrupu: NAVI-nin dominantlığı, Aurora və Falcons sürprizi
A qrupunda ən stabil oyunu Natus Vincere nümayiş etdirdi. Son çempion qismində çıxış edən Ukrayna təmsilçisi yuxarı toru (upper bracket) çətinlik çəkmədən keçdi: B8 (2:1) və Falcons (2:1) üzərindəki qələbələrdən sonra finalda “Aurora“nı 2:0 hesabı ilə məğlub etdilər. Xüsusilə “Falcons” üzərindəki qələbə NAVI üçün prinsipial əhəmiyyət kəsb edirdi. Xatırladaq ki, “Falcons” “ESL Pro League Season 23″də çempion olsa da, bir dərəcəli kiberidman klubları (S-Tier) ilə qarşılaşmadan qalib gəldiklərinə görə tənqid olunurdular. Bu qələbə NAVI-nin kiberidman olimpinə möhtəşəm qayıdışının sübutu oldu.
Aurora qrupun əsas sürprizlərindən biri oldu. Startda formada olmayan “FaZe Clan”ı (2:1), ardından isə “FURIA”nı (2:0) məğlub edərək ikinci pillədə qərarlaşdılar. Əgər bu gənc kollektiv belə stabil oyun nümayiş etdirməyə davam edərsə, S-Tier səviyyəsində daimi yer tutmaq üçün ciddi iddia irəli sürə bilər.
Team Falcons qrupdan üçüncü yerlə çıxmağı bacardı. Komandanın işini viza problemləri çətinləşdirmişdi — rayer (rifler) “kyousuke” viza gecikməsinə görə “NRG” ilə ilk oyunu buraxmalı oldu. Onu akademiyanın üzvü “NucleonZ” əvəzlədi. Buna baxmayaraq, “Falcons” yoluna davam etdi və aşağı torda (lower bracket) “TYLOO” və “FURIA” üzərində 2:1 hesablı qələbələr qazanaraq pley-off vəsiqəsini təmin etdi.
FaZe Clan isə heç bir varlıq göstərə bilməyərək turnirlə vaxtından əvvəl vidalaşdı. Əvvəlcə “Aurora”ya, sonra isə “TYLOO”ya uduzan komanda üçün bu nəticə fəlakətlidir. Bu uğursuzluq onların “IEM Cologne Major 2026” turnirinə birbaşa dəvət almaq şanslarını ciddi şəkildə azaldır.
B Qrupu: Vitality-nin qüsursuzluğu və MongolZ sensasiyası
Team Vitality qrup mərhələsini ideal şəkildə keçdi. Fransızlar “9z”, “The MongolZ” və “PARIVISION” üzərində 2:0 hesablı seriyalarla qələbə qazanaraq turnirin ən stabil gücü olduqlarını göstərdilər. Onlar birbaşa yarımfinala vəsiqə qazanıblar.
PARIVISION qrupda ikinci yeri tutmaqla hər kəsi təəccübləndirdi. “NIP” (2:1) və “Spirit” (2:0) üzərindəki qələbələr göstərdi ki, regionun liderliyi uğrunda təkcə “əjdahalar” (Spirit) mübarizə aparmır. Onlar yalnız finalda “Vitality”yə müqavimət göstərə bilmədilər.
Günün və bəlkə də turnirin ən böyük sensasiyası isə The MongolZ oldu. Məşqçisiz yarışan Monqolustan təmsilçisi startda “MOUZ”u (2:0), ardınca isə “Liquid”i (2:0) sıradan çıxardı. Aşağı torun həlledici matçında isə “Spirit” kollektivini 2:0 hesabı ilə məğlub edərək dörddəbir finala adladılar.
“Liquid”, “NIP”, “9z”, “B8”, “NRG” və “TYLOO” turniri tərk edən komandalar arasındadır. Bəzi autsayderlər (məsələn, TYLOO) favoritlərə qarşı tək-tək matçlarda qalib gəlsələr də, bu uğuru davamlı edə bilmədilər.