“Mirage” “BLAST Rivals 2026 Season 2″nin ən populyar xəritəsi oldu: 13:0-lıq darmadağın və müdafiə tərəfinin üstünlüyü

0 comments 0 views

Braziliyanın “FURIA” komandasının qran-finalda “Team Spirit”i 3:0 hesabı ilə məğlub edərək çempion olduğu “Counter-Strike 2” üzrə “BLAST Rivals 2026 Season 2” turnirinin xəritə statistikası açıqlanıb. Yarışın ən çox seçilən xəritəsi 9 dəfə oynanılan “Mirage” olub. Məhz bu xəritədə “FURIA” A qrupunun yuxarı şəbəkəsinin finalında “Team Vitality” kollektivini 13:0 hesabı ilə darmadağın edərək tarixi nəticəyə imza atmışdı.

Xəritələrin populyarlıq reytinqi

Turnir boyu komandaların xəritə hovuzundakı seçimlər aşağıdakı kimi paylanıb:

  • Mirage: 9 dəfə (turnirin lideri)
  • Dust2: 6 dəfə (2–3-cü yerlər)
  • Ancient: 6 dəfə (2–3-cü yerlər)
  • Anubis: Cəmi 2 dəfə (ən az oynanılan xəritə)

Tərəflərin balansı: Müdafiə (CT) tərəfinin mütləq üstünlüyü

Raund statistikasına əsasən, turnirdəki ümumi 7 xəritədən 5-də müdafiə tərəfi (CT) açıq-aşkar üstünlüyə malik olub:

  • Müdafiənin ən güclü olduğu xəritə: “Mirage” — raundların 65.7%-i CT tərəfinin qələbəsi ilə yekunlaşıb.
  • Hücum (T) tərəfinin üstün olduğu xəritələr: Yalnız iki xəritədə terroristlər daha uğurlu çıxış ediblər. Belə ki, “Anubis”də hücum tərəfi raundların 54.5%-ni, “Ancient”də isə 52.8%-ni öz xeyrinə bağlaya bilib.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın