Buenos-Ayresdəki məşhur Obelisk “9z” kiberidman klubunun şərəfinə işıqlandırılıb

by Nigar Məmmədova
0 comments

Buenos-Ayresin mərkəzində yerləşən və Argentinanın ən tanınmış abidələrindən biri hesab olunan Obelisk bu dəfə kiberidman uğuruna şahidlik edib. 1936-cı ildə şəhərin əsasının qoyulmasının 400 illiyi münasibətilə ucaldılan bu memarlıq nümunəsi uzun müddətdir ki, təkcə simvol deyil, həm də bütün ölkənin “əhval-ruhiyyə ekranı”na çevrilib.

Bu günlərdə abidə yerli kiberidman təşkilatı “9z”un nailiyyətlərini qeyd etmək üçün xüsusi rənglərlə işıqlandırılıb. Belə bir jest klubun “IEM Cologne Major 2026” turnirinə vəsiqə qazanması və “Esports World Cup 2026” iştirakçıları sırasına qoşulması münasibətilə edilib. Bu hadisə Argentinada kiberidmanın artıq milli səviyyəyə yüksəldiyinin və onun uğurlarının dövlət əhəmiyyətli hadisələrlə eyni tərəzidə tutulduğunun bariz nümunəsidir.

Qeyd edək ki, Obelisk Argentina üçün mühüm tarixi və siyasi mesajların mərkəzi hesab olunur. Məsələn, 2022-ci ildə Argentina millisi Futbol üzrə Dünya Çempionu olduqda milyonlarla insan qələbəni məhz bu abidənin ətrafında qeyd etmişdi.

Həmçinin maraqlı bir fakt olaraq xatırladaq ki, 24 avqust 2023-cü ildə Ukraynanın Müstəqillik Günü münasibətilə Obelisk həmrəylik və dəstək rəmzi olaraq Ukrayna bayrağının rəngləri ilə (mavi-sarı) işıqlandırılmışdı.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın