“Qələbəyə layiq deyildik”: “Vitality”nin məşqçisi NAVI-yə məğlubiyyətdən danışdı

by Nigar Məmmədova
0 comments

Team Vitality“nin məşqçisi Remi XTQZZZ Kvonyam komandasının “IEM Atlanta 2026” turnirinin dörddəbir finalında NAVI-yə 1:2 hesabı ilə uduzduğu qarşılaşmanı şərh edib.

Məşqçinin sözlərinə görə, əsas problem komanda daxilində oyunçuların bir-birini anlamaması və dinləməməsi olub:

“Bir çox epizodlarda bir-birimizi başa düşmürdük və dinləmirdik, əsas problemimiz bu idi. Xüsusilə… çox dərinə getməyəcəyəm, ‘Inferno’ xəritəsində ZywOo-nun (Matye Erbo) oyununa hörmətim sonsuzdur, lakin ‘Anubis’də o qədər çox səhv etdik ki, biz mütləq şəkildə qələbəyə layiq deyildik.

Bu, tam bir dəlilikdir. Çünki əslində apEX (Den Madeskler) tərəfindən gələn kommunikasiya çox yaxşı idi, lakin oyunçular ya onu eşitmədilər, ya da öz oyunlarına həddindən artıq fokuslanmışdılar, bilmirəm. Təəssüf doğuran bir vəziyyətdir, çünki bu səhv bizə bütöv bir ‘best-of-three’ (Bo3) seriyasını baha başa gəldi.”

XTQZZZ uğursuzluğun əsas səbəbi kimi oyun daxili nizam-intizamın və strukturun pozulmasını göstərib. Buna baxmayaraq, o, komandanın tədricən optimal formaya qayıtdığını və indi bütün güclərini qarşıdan gələn “Major” turnirinə yönəldəcəklərini qeyd edib:

“Məğlubiyyətin əsas səbəbi strukturun olmaması idi. Tam bir xaos var idi – bəzən kimsə vaxtından tez ‘pik’ edirdi (rəqiblə döyüşə girirdi), arxada qalanlar isə mövqe baxımından onu dəstəkləyib ‘trade’ (qarşılıqlı qətl) edə bilmirdilər və s.

Əlbəttə ki, biz daha çox şey gözləyirdik. Çünki son iki gündə oyunumuzu bir qədər yaxşılaşdırdığımızı hiss edirdik. İndi bizim üçün əsas hədəf ‘Major’dur. Bir az dincələcəyik, məşqlər, ‘bootcamp’ və ardınca ‘Major’ turniri gəlir.”

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın