BanKs “The MongolZ” barədə: “Əgər onlar Falcons və ya NAVI olsaydı, icma onları artıq darmadağın etmişdi”

by Nigar Məmmədova
0 comments

Tanınmış kiberidman aparıcısı və analitiki Ceyms “BanKs” Benks “All About Counter-Strike” podkastının yeni buraxılışında “Gentle Mates”in gələcək perspektivlərini dəyərləndirib, “The MongolZ”un hazırkı formasını tənqid edib və “9z Team”in “PGL Astana 2026” turnirindəki sensasiyalı çıxışından danışıb.

“Gentle Mates”in perspektivləri haqqında

“Düşünürəm ki, Gentle Mates PGL Astana-da yaxşı çıxış etdi, xüsusən də tier-1 turnirlərində həmişə problemlər yaşadıqlarını nəzərə alsaq. Lakin bu komandanı gələcəkdə nələr gözlədiyini bilmirəm. Görünən odur ki, klub rəhbərliyi mövcud heyəti qorumaq istəyir.

Problem ondadır ki, Gentle Mates oyunçularının orta yaşı 27-dir, yəni bu, artıq gənc kollektiv deyil. Buna baxmayaraq, komandanın snayperi Martinez çox yaxşıdır. O, bu komandanın əsas ‘kerri’sidir (daşıyıcısıdır). Ümumilikdə, 9–11-ci yerlər Gentle Mates üçün layiqli nəticədir. Bu heyətlə onlar böyük turnirlərin pley-offuna iddialı deyillər.”

“The MongolZ” haqqında

“Eşitdiyimə görə, The MongolZ Meycordan (Major) əvvəl ‘bootcamp’ (təlim-məşq toplanışı) keçirəcək. Lakin bu, PGL Astana-dan öncə məşqlərin olmamasını izah etmir. Bu səviyyəli turnirlər çox vacibdir. Bu komandanı bütün Moğolistan sevir, ona görə də daha çox məşq etməlidirlər. Düşünürəm ki, The MongolZ-un son turnirdəki çıxışını kəskin tənqid etməyə dəyməz, çünki onlar Spirit, Falcons və Aurora-ya uduzublar.

Mən bu komandanı həqiqətən sevirəm. Lakin əgər onlar Falcons və ya NAVI olsaydı, icma (community) onları artıq tənqidlərlə darmadağın etmişdi. The MongolZ yalnız CS Asia Championships-də yaxşı çıxış etməklə kifayətlənməməli, həm də növbəti Meycorun pley-offuna yüksəlməlidir. Əks halda, klub rəhbərliyi heyətdə dəyişikliklər barədə düşünməli olacaq.”

“9z Team”in “PGL Astana 2026″dakı çıxışı haqqında

“Mən 9z-nin PARIVISION-u məğlub edəcəyini təxmin edirdim, lakin onlar üstəlik Falcons və MOUZ-u da üstələdilər. Bu komanda bütün gözləntiləri aşdı. Onların iki oyunçusu turnirin ən yaxşı 10 oyunçusu siyahısına daxil oldu.

Hesab edirəm ki, 9z dörddəbir finalda Magic komandasına qalib gəlməli idi. Lakin belə olsa belə, onlar turnirdə çox yaxşı çıxış etdilər. Oyunçular gələcək çempionatlarda, o cümlədən qarşıdan gələn Meycorda istifadə edə biləcəkləri əla təcrübə qazandılar.”

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın