VRS reytinqində inanılmaz sıçrayış: “Wildcard” “BC Game Masters Championship”in qalibi oldu

by Nigar Məmmədova
0 comments

Şimali Amerika təmsilçisi Wildcard, CS2 üzrə keçirilən “BC Game Masters Championship S2” turnirinin böyük finalında Avropanın FOKUS kollektivini 2:1 hesabı ilə məğlub edərək çempion olub.

Bu, komandanın son bir ay ərzində qazandığı ikinci “B-Tier” səviyyəli turnir kubokudur. Bundan əlavə, kollektiv daha iki bənzər yarışı ikinci pillədə başa vurub. Bu cür ardıcıl uğurlar “Wildcard”ın VRS reytinqində kəskin şəkildə irəliləməsinə şərait yaradıb.

Reytinqdə böyük geri dönüş

Ötən il və bu ilin ilk bir neçə ayı ərzində komandanın mövqelərində ciddi geriləmə müşahidə olunurdu. Belə ki, komanda 27 yanvar 2025-ci ildə qeydə alınan rekord 16-cı pillədən öz tarixinin ən aşağı nöqtəsinə — 23 mart 2026-cı ildə 136-cı yerə qədər yuvarlanmışdı.

Lakin son həftələrdəki parlaq çıxışlar sayəsində “Wildcard” möhtəşəm bir sıçrayış edərək yenidən dünyanın ən güclü 30 komandası sırasına daxil olmağı bacarıb.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın