Dota 2 üzrə BLAST Slam VII: Bilməli olduğunuz hər şey

by Nigar Məmmədova
0 comments

BLAST Slam VII, 2026-cı il mövsümünün Dota 2 üzrə ən böyük və nüfuzlu turnirlərindən biridir. Yarış həm onlayn formatda, həm də Danimarkanın Kopenhagen şəhərində yerləşən “BLAST Studio”da LAN formatında təşkil olunacaq. Turnirdə dünyanın 12 güclü komandası nəhəng mükafat fondu və çempionluq titulu uğrunda mübarizə aparacaq.

BLAST Slam VII-nin oyun təqvimi

Çempionat təxminən iki həftə — 26 may – 7 iyun 2026-cı il tarixlərində davam edəcək. Yarışın qrafiki üç əsas mərhələyə bölünüb:

  • Qrup mərhələsi: 26-29 may (onlayn format).
  • Son Şans Təsnifatı (LCQ): 30 may.
  • Pley-off: 4-7 iyun. Bu mərhələnin matçları canlı olaraq Kopenhagendəki “BLAST Studio”da keçiriləcək.

Turnirin formatı

Seriyanın əvvəlki turnirlərində olduğu kimi, “BLAST Slam VII” də üç fərqli mərhələdən ibarət olacaq:

Qrup mərhələsi:

  • 12 komanda vahid qrupda dairəvi sistemlə (round-robin) qarşılaşacaq.
  • Bütün matçlar “best-of-1” (Bo1) formatında keçiriləcək.
  • 1-ci və 2-ci yeri tutan komandalar birbaşa pley-offun yuxarı şəbəkəsinin yarımfinalına vəsiqə qazanacaqlar.
  • 3-cü və 4-cü yerdə qərarlaşan kollektivlər yuxarı şəbəkənin dörddəbir finalına adlayacaqlar.
  • 5-10-cu yerləri tutan komandalar “Son Şans” (Last Chance) şəbəkəsinə göndəriləcək.
  • Ən zəif nəticə göstərən son 2 komanda (11-12-ci yerlər) isə turnirlə vidalaşacaq.

Last Chance Qualifier (LCQ):

  • Bu mərhələnin bütün matçları “best-of-3” (Bo3) formatında oynanılacaq.
  • Ən yaxşı 2 komanda pley-offun yuxarı şəbəkəsinin dörddəbir finalına yüksələcək, qalanları isə turniri tərk edəcək.

Pley-off:

  • Klassik “Double-elimination” (ikiqat məğlubiyyət) şəbəkəsi tətbiq olunacaq.
  • Demək olar ki, bütün matçlar “best-of-3” (Bo3) formatında, yalnız çempionu müəyyən edəcək Böyük Final (Grand Final) isə “best-of-5” (Bo5) formatında keçiriləcək.

İştirakçı komandalar

Turnirdə ümumilikdə 12 komanda çıxış edəcək. Onlardan 8-i əvvəlki uğurlarına görə təşkilatçılar tərəfindən birbaşa dəvət alıb, qalan 4 kollektiv ise gərgin regional təsnifat mərhələlərindən keçərək slot qazanıb.

Birbaşa dəvət alanlar:

  • Team Liquid
  • BetBoom Team
  • Tundra Esports
  • Team Falcons
  • Team Spirit
  • Team yndx
  • OG
  • ex-HEROIC

Regional təsnifatdan gələnlər:

  • Aurora Gaming (Avropa təsnifatı)
  • PARIVISION (Avropa təsnifatı)
  • Xtreme Gaming (Çin təsnifatı)
  • GLYPH (Cənub-Şərqi Asiya təsnifatı)

Mükafat fondu və bölgüsü

İştirakçı komandalar ümumi 1,000,000$ təşkil edən böyük mükafat fondu uğrunda yarışacaqlar. Bu məbləğ iki kateqoriyaya bölünüb: 750,000$ birbaşa turnir mükafatı, 250,000$ isə komandalara zəmanətli qazanc payı (Team Earnings) kimi ödəniləcək.

Mükafatların yerlərə görə bölgüsü aşağıdakı kimidir:

  • 1-ci yer: 300,000$ (+ 100,000$ klub ödənişi)
  • 2-ci yer: 150,000$ (+ 45,000$ klub ödənişi)
  • 3-cü yer: 70,000$ (+ 23,000$ klub ödənişi)
  • 4-cü yer: 50,000$ (+ 17,000$ klub ödənişi)
  • 5-6-cı yerlər: 40,000$ (+ 15,000$ klub ödənişi)
  • 7-8-ci yerlər: 25,000$ (+ 10,000$ klub ödənişi)
  • 9-10-cu yerlər: 15,000$ (+ 5,000$ klub ödənişi)
  • 11-12-ci yerlər: 10,000$ (+ 2,500$ klub ödənişi)

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın