Counter-Strike tarixinin ən uzunmüddətli karyeralarına sahib iki əfsanəvi oyunçusu maraqlı bir statistika ilə gündəmə gəlib. Rişar “shox” Papilyon və Finn “karrigan” Andersen, bütün CS:GO və CS2 Meycor turnirləri boyu çıxış etdikləri fərqli təşkilatların sayına görə rekordu şərikli şəkildə əllərində saxlayırlar. Hər iki oyunçu karyerası ərzində 8 fərqli klubun forması ilə Meycor səhnəsinə çıxıb, lakin onların bu zirvəyə gedən yolları tamamilə fərqli olub.
Eyni rəqəmə aparan iki fərqli yol
- karrigan-ın göstəricisi: Danimarkalı kapitan ümumilikdə heyranedici sayda — 22 Meycor turnirində iştirak edib ki, bu da ilk onluqdakı bütün oyunçulardan çoxdur. O, n!faculty, Reason, CPH Wolves, MOUZ və Falcons komandalarının hər biri ilə 1 Meycor, TSM ilə 3, Astralis ilə 2 və onun karyerasının mirasını müəyyən edən, nəhayət ona çoxdan gözlənilən çempionluğu qazandıran FaZe Clan heyətində isə düz 12 Meycor turniri keçirib.
- shox-un göstəricisi: Fransız ulduz ümumilikdə 17 Meycor turnirində mübarizə aparıb. Karyerasının ilkin dövrlərində VeryGames, Titan, Epsilon, LDLC oarsından keçən shox, daha sonra Envy heyətinə qoşulub. Onun karyerasının ən uzun və sabit dövrü isə G2 Esports ilə bağlıdır (bu teq altında 8 Meycor keçirib). O, karyerasının sonrakı mərhələsində Vitality və Team Liquid heyətlərində də qısamüddətli Meycor çıxışları edib.
Siyahının digər üzvləri və transfer sabitliyi
İlk onluqda qərarlaşan digər böyük adlar da özünəməxsus karyera tarixləri ilə seçilirlər:
- cajunb və FalleN: Hər iki oyunçu indiyədək 7 fərqli təşkilatın heyətində Meycorlarda çıxış edib. Braziliyalı əfsanə FalleN 19 Meycor iştirakı ilə siyahıda xüsusi çəkiyə malikdir.
- apEX: karrigan kimi ümumilikdə 22 Meycor turnirində iştirak edib. Lakin o, karyerası boyu cəmi 6 komanda dəyişib. Bu göstərici ilə apEX, karrigan-dan sonra siyahıda ən sabit və çoxturnirli karyeraya malik oyunçudur.
- Siyahının davamı: İlk onluğu hər biri 5-6 fərqli komanda ilə Meycorlarda oynamış fer, TACO, kioShiMa, NBK- və Boombl4 tamamlayır.
Transfer qeyri-sabitliyi müasir dövrün problemi deyil Kibersport icmasında heyətlərin tez-tez dəyişməsi və qeyri-sabitlik müasir dövrün əsas problemi kimi müzakirə olunsa da, bu statistika əksini sübut edir. Counter-Strike səhnəsində uzun illər qalıb yüksək sayda Meycor iştirakı toplamağı bacaran oyunçuların demək olar ki, hamısı karyeraları boyu birdən çox komanda dəyişmək məcburiyyətində qalıblar. Transfer dinamikası bu idmanın həmişə ayrılmaz bir hissəsi olub.