Analitikə Görə Ən Yaxşı Transfer Həmlələrini BC.Game Həyata Keçirib

by Nigar Məmmədova
0 comments

Analitik Aleks “Mauisnake” Ellenberqin fikrincə, “BC.Game” 2026-cı ilin yay mövsümlərarası fasiləsində bütün Counter-Strike 2 komandaları arasında ən yaxşı heyət dəyişikliklərini edən kollektiv olub. Ekspert öz YouTube kanalında aparıcı komandaların keçirdiyi transferləri qiymətləndirdiyi yeni video yayımlayıb.

Magisk və mzinho Transferləri Yüksək Qiymətləndirildi

“BC.Game” mövsümlərarası fasilə zamanı iki oyunçusunu əvəzləyib. Komanda əfsanəvi çoxqat Major çempionu Emil “Magisk” Reyfi kapitan qismində heyətinə cəlb edib. Digər transfer isə “The MongolZ” klubunun gənc və gələcək vəd edən oyunçusu Ayuş “mzinho” Batbold olub. Azbayar “Senzu” Munxboldun daimi oyunçu kimi təsdiqlənməsi ilə heyət tam formalaşıb.

“Mauisnake” öz videosunda bu dəyişiklikləri top komandalar arasında ən uğurlusu kimi dəyərləndirib. Onun reytinqinin ən aşağı pilləsində isə “Monte”nin əsas heyətini transfer edən “Luminosity Gaming” qərarlaşıb.

Yeni Mövsüm Başlayır

Mövsümlərarası fasilə artıq başa çatmaq üzrədir, çünki iyulun 21-də “BLAST Bounty Summer 2026”-nın qapalı seçmə mərhələləri start götürür. Valve-ın regional reytinqlərində yüksək mövqelərdə qərarlaşan komandaların əksəriyyəti yeni mövsümə məhz bu turnirdə başlayacaqlar.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın