Monqolustanın “Newmeta” nəşri xəbər verir ki, “The MongolZ” komandasının Counter-Strike 2 oyunçusu Ayuş “mzinho” Batbold “BC.Game” klubuna keçməyə yaxındır.
Jurnalistlərin məlumatına görə, tərəflər hələ də danışıqlar aparır. Transferin yaxın vaxtlarda rəsmən elan olunacağı gözlənilir.
mzinho 2023-cü ilin may ayından bəri “The MongolZ” heyətində çıxış edir. Bu müddət ərzində komanda “Esports World Cup 2025” və “Thunderpick World Championship 2024” də daxil olmaqla dörd turnirin qalibi olub, həmçinin “BLAST.tv Austin Major 2025” turnirinin qran-finalına yüksəlib.
