1
Avqustun 4-nə keçən gecə “Valve” şirkəti Counter-Strike 2 üçün xətaların aradan qaldırıldığı, xəritələrin təkmilləşdirildiyi və xəritə/rejim tərtibatçıları üçün imkanların genişləndirildiyi yeni yenilənmə yayımlayıb. Yenilənmənin (patch) həcmi 889.7 MB təşkil edir.
Əsas Dəyişikliklər
- Cache xəritəsində dəyişikliklər: Tərtibatçılar A nöqtəsindəki (A-plant) bust yerini tamamilə ləğv ediblər. Bundan əlavə, xəritədəki tekstura boşluqları bağlanıb və titrəmə (flickering) effekti aradan qaldırılıb.
- Shelter yenilənməsi: Xəritə “Steam Workshop”dakı ən son versiyayadək yenilənib.
- Xəritə tərtibatçıları üçün alətlər: Xüsusi xəritə və rejim müəllifləri üçün skriptləşdirmə sisteminə bir çox yeni funksiyalar əlavə edilib.
- Qumbara xətasının düzəlişi: Qumbaraların divarların və teksturaların içindən atılmasına şərait yaradan xəta (bug) tamamilə aradan qaldırılıb.