Valve CS2 Üçün Kiçik Yenilənmə Yayımladı

0 comments

Avqustun 4-nə keçən gecə “Valve” şirkəti Counter-Strike 2 üçün xətaların aradan qaldırıldığı, xəritələrin təkmilləşdirildiyi və xəritə/rejim tərtibatçıları üçün imkanların genişləndirildiyi yeni yenilənmə yayımlayıb. Yenilənmənin (patch) həcmi 889.7 MB təşkil edir.

Əsas Dəyişikliklər

  • Cache xəritəsində dəyişikliklər: Tərtibatçılar A nöqtəsindəki (A-plant) bust yerini tamamilə ləğv ediblər. Bundan əlavə, xəritədəki tekstura boşluqları bağlanıb və titrəmə (flickering) effekti aradan qaldırılıb.
  • Shelter yenilənməsi: Xəritə “Steam Workshop”dakı ən son versiyayadək yenilənib.
  • Xəritə tərtibatçıları üçün alətlər: Xüsusi xəritə və rejim müəllifləri üçün skriptləşdirmə sisteminə bir çox yeni funksiyalar əlavə edilib.
  • Qumbara xətasının düzəlişi: Qumbaraların divarların və teksturaların içindən atılmasına şərait yaradan xəta (bug) tamamilə aradan qaldırılıb.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın