FaZe Clan Rainbow Six Siege Üzrə “Esports World Cup 2026” Turnirinin Çempionu Oldu

0 comments

Parisdə keçirilən “Esports World Cup 2026” çərçivəsində Rainbow Six Siege üzrə iki həftəlik turnir yekunlaşıb. Braziliya derbisində “FURIA”nı 3:1 hesabı ilə məğlub edən “FaZe Clan” növbəti kubokunu qazanaraq “Six Invitational 2027″yə birbaşa vəsiqə əldə edib.

Grand-Final Və Bürünc Medal Qarşılaşması

Bo5 formatında keçirilən həlledici matçda FaZe Clan xəritələr üzrə Bank (7:3), Border (7:5), Fortress (6:8) və Lair (7:5) hesabları ilə üstün olub. 2024-cü ildən bəri heyətini dəyişməyən ikiqat “Six Invitational” çempionu bütün turniri seriyalarda bir məğlubiyyət belə almadan tamamlayıb. Üçüncü yer uğrunda matçda isə Şimali Amerika təmsilçisi “DarkZero” turnirin əsas sensasiyası olan “Geekay Esports”u 2:1 hesabı ilə (3:7, 8:7, 7:0) məğlub edərək əlavə 85 000 dollar mükafat qazanıb.

Turnirin Əsas Sürprizləri Və Uğursuzluqları:

  • Geekay Esports: Avropa / MENA regionu təmsilçisi qrupda FURIA-nı məğlub edərək, pley-offda son EWC çempionu “Team Secret”i eləyərək və yarımfinalda FaZe-dən bir xəritə alaraq turnirin “Zoluşka hekayəsi”nə çevrildi.
  • CAG Və Team Secret: Yaponiyanın “CAG by VARREL” komandası MIBR.LOS və Shopify Rebellion üzərində sürpriz qələbələr qazandı, “Team Secret” isə “Team Falcons”u keçərək top-8-ə daxil oldu.
  • Favoritlərin çökməsi: “Shopify Rebellion” elə “Play-in” mərhələsində yarışla vidalaşdı, Avropanın 1 nömrəli komandası “Team Falcons” qrupdan çıxa bilmədi, “M80” isə turniri bir seriya qələbəsi belə qazanmadan tərk etdi.

Esports World Cup başa çatdıqdan sonra komandalar sentyabrın əvvəlində başlayacaq regional yarışlara yönəlirlər. Bu mərhələ “R6 Osaka Major 2026” çempionatına seçmə turnir rolu oynayacaq.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın